Koronavirus xəstəsi karantin postunda saxlanıldı

Koronavirus xəstəsi karantin postunda saxlanıldı
  22 Noyabr 2020    Oxunub:1749
Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.

O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Koronavirus   Xəstə   Karantin   Post  





Xəbər lenti