“Bütün hallarda hərbçilərimiz Qarabağda olacaq” - İbrahim Kalın

  22 Noyabr 2020    Oxunub : 2616
“Bütün hallarda hərbçilərimiz Qarabağda olacaq” -  İbrahim Kalın
"NATO və Avropa İttifaqı Dağlıq Qarabağdakı hərbi qarşıdurmaya son qoymaq üçün konkret təkliflər irəli sürmədilər".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın NTV-yə müsahibəsində deyib. O, bildirib ki, Rusiya və Türkiyə bölgədə sülhü təmin edə bilib.

Bundan əlavə, Kalın Rusiya ilə birgə Qarabağda atəşkəsə nəzarət etmək üçün monitorinq mərkəzinin yaradılması və mərkəzin fəaliyyətinə dair danışıqların davam etdirilməsi barədə məlumat verib:

“Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi dialoqun birinci mərhələsi başa çatıb. Ankaranın mövqeyi barədə Moskvaya məlumat verilib. Önümüzdəki günlərdə keçiriləcək dialoq zamanı mərkəzin yeri və fəaliyyət prinsipləri, həmçinin tərəflərin vəzifələri müəyyənləşdiriləcək. Bütün hallarda hərbçilərimiz Qarabağdakı monitorinq mərkəzində çalışacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-də Ankara ilə Moskvanın Qarabağdakı atəşkəsə nəzarət mərkəzinə dair memorandum imzaladıqlarını, birgə sülhməramlı missiyada iştirak edəcəklərini deyib.

Azvision.az

Teqlər: Türkiyə   İbrahimKalın