“Arabnews” qəzeti: Azərbaycanlılar öz evlərinə qayıdır
Məqalədə vurğulanıb ki, azərbaycanlılar işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində dəhşətli mənzərə, dağıdılmış binalar, yollar və digər infrastrukturla qarşılaşıblar. Vaxtilə 50 mindən çox sakini olan Ağdam şəhəri xarabalığa çevrilib.
Müəllif Cəbrayıl sakini Adil Şərifovun ailəsinin 27 ildir Bakıda məcburi köçkün həyatı yaşadığını, onun torpaqlarımızın azad edilməsi ilə bağlı sevinc hisslərini də diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlı ailə Cəbrayıl şəhərini erməni işğalçıları tərəfindən dağıdıldığı barədə danışıb. Bildirib ki, o, ailə üzvləri ilə birlikdə öz doğma yurdundakı evini yenidən tikəcək.
Azvision.az
Teqlər: “Arabnews”qəzeti