“Razılaşmanı mən, Əliyev və Paşinyan hazırladıq” - Putin
"Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflərin sülh yolu ilə ayrılmasını həyata keçirmək üçün bu sənəddəki öhdəlikləri öz üzərinə götürdü. İndi etdiyimiz şey budur", - deyən Putin Qarabağ bəyanatının müəlliflərinin Rusiya, Ermənistan və Azərbaycan olduğunu vurğulayıb.
"Mətnin özünə gəldikdə, biz bunu üçümüz etdik - mən, əlbəttə ki, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa mümkün deyildi, çünki bu iki tərəf arasında razılaşma idi".
Putin razılaşmanın bütün tərəflər üçün çətin, eyni zamandan enerji aparan proses olduğunu əlavə edib.
"İşin mahiyyətinə görə, vasitəçi rolunu oynamalı oldum, onların tələblərini, mətnlə bağlı narazılıqlarını dinlədim",- deyə Putin əlavə edib.
Azvision.az