“Füzulidə tamamilə dağılmış ərazilər gördük” - Polşa səfiri

“Füzulidə tamamilə dağılmış ərazilər gördük” -  Polşa səfiri
  22 Noyabr 2020    Oxunub:2338
Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük.
Bunu işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Səfir qeyd edib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır: “İnanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”.

Qeyd edək ki, bu gün ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

Azvision.az


Teqlər: Füzuli   Polşa   Səfir  





Xəbər lenti