Paşinyan cangüdənlərinin sayını artırdı - VİDEO

Paşinyan cangüdənlərinin sayını artırdı -  VİDEO
  23 Noyabr 2020    Oxunub:1839
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Müqəddəs Eçmiadzin kilsəsini ziyarət edib.
Azvision.az xəbər verir ki, baş nazir kilsəyə çox sayda mühafizəçinin müşayiəti ilə gəlib. Paşinyan və xanımı kilsəyə daxil olduqdan sonra mühafizəçilər dərhal qapıları bağlayıblar.

Bu məqam erməni KİV-lərinin diqqətindən yayınmayıb. Məlum olub ki, son günlər ölkədə keçirilən kütləvi etiraz aksiyalarından sonra Paşinyan mühafizəçilərinin sayını xeyli artırıb.



Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti