Bakı üzrə COVID-19-a yoluxma statistikası

 Bakı üzrə COVID-19-a yoluxma statistikası
  23 Noyabr 2020    Oxunub:1767
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Azvision.az Koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,7 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,3 faizi Sabunçu, 8,4 faizi Suraxanı, 8,3 faizi Nəsimi, 8 faizi Nərimanov, 7,3 faizi Nizami, 6,3 faizi Qaradağ, 6,3 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 53,5 faizi paytaxtda aşkarlanıb.

Azvision.az


Teqlər: Bakı   Koronavirus  





Xəbər lenti