Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırıldı

Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırıldı
  23 Noyabr 2020    Oxunub:1632
Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı Qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Donbas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.

Təşkilatın sədri Qulu İbrahimov bu layihənin platformanın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonunadək - 15 gün müddətinə yerləşdirildiyini bildirib.

Azvision.az


Teqlər: Kiyev  





Xəbər lenti