FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı

FHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
  23 Noyabr 2020    Oxunub:1573
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti