Əsir düşən Bayramın atası BQXK-nın ofisinə çağırıldı

  Əsir düşən Bayramın atası BQXK-nın ofisinə çağırıldı
  23 Noyabr 2020    Oxunub:6445
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) hələlik bizə əsirlərlə görüş və onların səhhəti barədə məlumat verməyib. Lakin 3 saatdan sonra onlarla görüşümüz olacaq, oğlum haqqında o zaman məlumat ala biləcəyəm.
Bunu Azvision.az -a Şuşa uğrunda döyüşlərdə yaralanaraq ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov deyib:

“Hər iki oğlum döyüşə könüllü getmişdi. Bayram sonuncu dəfə noyabrın 6-da bizimlə əlaqə saxladı. Bildirdi ki, Füzulidən Şuşa istiqamətinə gedirlər. Ondan sonra əlaqəmiz olmayıb. Oğlumun şəhid olduğunu zənn edirdim, videonu heç görməmişdim. Bacım qızı dedi ki, Bayram əsir düşüb. Bundan sonra lazımi qurumlara məlumat verdik”.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüblər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əsir   Qarabağ  





Xəbər lenti