Baş Prokurorluq Ohanyanla bağlı açıqlama verdi

 Baş Prokurorluq Ohanyanla bağlı açıqlama verdi
  23 Noyabr 2020    Oxunub:2642
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından olan general Seyran Ohanyanın axtarışa verilməsi ilə bağlı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti