Rusiya sülhməramlısı Qarabağda yaralandı

 Rusiya sülhməramlısı Qarabağda yaralandı
  23 Noyabr 2020    Oxunub:2495
Rusiya sülhməramlısı Qarabağda mina partlaması nəticəsində xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralı zabit Bakıda xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə nəticəsində, həmçinin 4 erməni hərbçi yaralanıb, 1 azərbaycanlı zabit həlak olub. Həlak olan azərbaycanlı zabit korpus komandirinin müavini, polkovnik Babək Səmidlidir.

İnsident Tərtərin Suqovuşan kəndi ərazisində baş verib.

Azvision.az


Teqlər: Qarabağ   Mina  





Xəbər lenti