“Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb” - Əlcəzair səfiri

“Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb” -    Əlcəzair səfiri
  23 Noyabr 2020    Oxunub:1850
Əlcəzairin Azərbaycandaki səfiri Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin noyabrın 22-də işğaldan azad olunmuş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.
Bu barədə Azvision.az -a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb. Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.

Azvision.az


Teqlər: Əlcəzair   Səfir  





Xəbər lenti