Ağdamın Gülablı kəndində bayrağımız qaldırıldı - FOTO

 Ağdamın Gülablı kəndində bayrağımız qaldırıldı -  FOTO
  24 Noyabr 2020    Oxunub:3074
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.
Azvision.az xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.



Azvision.az


Teqlər: Ağdam   Bayraq  





Xəbər lenti