Sumqayıt-Bakı qatarındakı ləngimənin səbəbi açıqlandı

 Sumqayıt-Bakı qatarındakı ləngimənin səbəbi açıqlandı
  24 Noyabr 2020    Oxunub:1139
"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə işləyən qatarların hərəkətində ləngimənin səbəbini açıqlayıb.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu gün 07:41 radələrində Pirşağı-Zabrat mənzilində kontakt şəbəkədə nasazlıq yaranıb.

"Bu səbəbdən Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 10-30 dəqiqə arasında ləngimələr qeydə alınıb. Hazırda texniki nasazlıq aradan qaldırılıb və qatarlar qrafik üzrə hərəkətdədir. “Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".

Aytən Zəhra
Azvision.az



Teqlər: ADY   Qatar  





Xəbər lenti