Koronavirus xəstəsi stasionar postda saxlanıldı

Koronavirus xəstəsi stasionar postda saxlanıldı
  24 Noyabr 2020    Oxunub:1071
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Sabirabad Rayon Prokurorluğunun Azvision.az -a daxil olan məlumatında bildirilib ki, rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun COVID-19 virusu ilə bağlı noyabrın 11-də verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 23-də idarə etdiyi “QAZ-3110” markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılıb. Onun epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyənləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Sabirabad   Koronavirus  





Xəbər lenti