Qripə qarşı peyvənd kampaniyası yekunlaşır

Qripə qarşı peyvənd kampaniyası yekunlaşır
  24 Noyabr 2020    Oxunub:1176
Oktyabrın 12-dən mövsümi qripə qarşı Azərbaycanda tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir. Bakıya və regionlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, ölkəyə gətirilən qrip peyvəndlərinin çox hissəsi əhalinin vaksinasiyasına istifadə edilib.

“Qrip peyvəndi nəzərdə tutulduğu kimi tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs problemi olan 6 aydan yuxarı uşaqlar və böyüklər üçün istifadə edildi. Həmin şəxslərdən əlavə insanlar da mövsümi qrip peyvəndi almaq üçün yerli poliklinik müəssisələrə müraciət edirlər. Peyvəndləşmə uğurla davam etdirilir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qrip   Peyvənd  





Xəbər lenti