Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
  24 Noyabr 2020    Oxunub:1519
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov noyabrın 27-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
DMX-dən Azvision.az -a bildirilib ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Azvision.az


Teqlər: MiqrasiyaXidməti  





Xəbər lenti