“Bu, artıq başqa Azərbaycandır” - Eldar Əzizov

  24 Noyabr 2020    Oxunub : 1544
   “Bu, artıq başqa Azərbaycandır” -    Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan vətəndaşları 10 noyabr səhərini yeni, keyfiyyətcə fərqli bir Azərbaycanda, qaliblər ölkəsində açdılar. Bu gün özümüzü daha güclü və inamlı hiss edirik.

“Bu, artıq başqa Azərbaycandır. İndi biz ölkəmizin bu gününə uyğun şəkildə yaşamalı və yeni şanlı ənənələrimizin gələcək nəsillərə ötürülməsini təmin etməliyik. Bu, çox vacibdir. Prezident İlham Əliyevin nadir siyasətinin öyrənilməsi və təbliğ edilməsinin gələcək nəsillər üçün çox böyük əhəmiyyəti var”, - deyə E.Əzizov deyib.

Videomüşavirə gedişində koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilmiş və konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi - texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilmişdir ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.

Azvision.az

Teqlər: Meriya   Eldar-Əzizov