1300-dən çox tibb işçisinə əlavə vəsait ödənildi

1300-dən çox tibb işçisinə əlavə vəsait ödənildi
  24 Noyabr 2020    Oxunub:1839
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 noyabr tarixli 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Bu barədə Azvision.az -a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Məlumata görə, qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Azvision.az


Teqlər: Səhiyyə  





Xəbər lenti