Azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradıldı

Azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradıldı
  24 Noyabr 2020    Oxunub:3072
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın rəhbəri təyin olunub.

Qərargah 30 üzvdən ibarətdir. Həmçininn Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti