Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırıldı
  24 Noyabr 2020    Oxunub:1420
Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Azvision.az xəbər verir ki, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.

Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.

Azvision.az


Teqlər: Qanun  





Xəbər lenti