“Qafqazda yeni dövr başlayır” - Ərdoğanın sözçüsü

   “Qafqazda yeni dövr başlayır” -    Ərdoğanın sözçüsü
  25 Noyabr 2020    Oxunub:2102
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, Kalın bildirib ki, Azərbaycan Ordusu 27 ildir işğala məruz qalan Kəlbəcəri bu gecə azadlığına qovuşdurub.

"Daşlar yerinə oturur. Qarabağ əsl kimliyinə qovuşur. Qafqazda yeni dövr başlayır. Türkiyə Qafqazın yeni tarixində aktiv rol oynamağa davam edəcək”, - deyə İ.Kalın qeyd edib.

Azvision.az


Teqlər: Kəlbəcər   İbrahim-Kalın  





Xəbər lenti