"Vətəni könüllü sevənlər" adlı sosial çarx çəkilib - VİDEO
Videoçarxda əsas mesaj isə budur: "Biz könüllü gənclər bundan sonra da hər zaman qazilərimizə könüllü xidmət etməkdən qürur duyacağıq".
Sosialçarxın rejissoru Rüfət Hüseynovdur. Çəkilişdə aktyor İlqar Musayev və Nəqliyyat könüllüləri yer alıb.
Qeyd edək ki, "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyi gənclərin mobil şəbəkəsini yaratmaq və könüllülərin pandemiya dövründəki fəaliyyətlərini daha səmərəli etmək üçün "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi”nin yaradılmasına start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə informasiya mərkəzinin yeni adda saytı fəaliyyətə başlayıb. "Konulluyem.az” adlı sayt genişfunksiyaları ilə bir çox yenilikləri özündə ehtiva edir.
Həmin videoçarxı təqdim edirik:
Azvision.az
Teqlər: ASAN-Xidmət