BDU-nun dekanı koronavirusdan vəfat etdi

 BDU-nun dekanı koronavirusdan vəfat etdi
  25 Noyabr 2020    Oxunub:3179
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.
BDU-dan Azvision.az -a verilən məlumata görə, M.Ramazanov 62 yaşında koronavirusdan dünyasını dəyişib.

M.Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. O 2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib.

Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.

Allah rəhmət eləsin!

Tural Tağıyev
Azvision.az



Teqlər: BDU   Dekan   Vəfat  





Xəbər lenti