Azərbaycanda yoluxma sayı 100 mini keçdi

 Azərbaycanda yoluxma sayı 100 mini keçdi
  25 Noyabr 2020    Oxunub:2583
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3469 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 102 min 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 min 963 nəfər müalicə olunaraq sağalıb, 1224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34209 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 646 min 654 test aparılıb. Bugünkü test sayı isə 15057-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti