“Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik” - Cavid Qurbanov

“Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik” -    Cavid Qurbanov
  25 Noyabr 2020    Oxunub:1586
Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk.
Azvision.az xəbər verir ki bunu əslən kəlbəcərli olan, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.

O deyib: “Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik.

Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun.

Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”.

Azvision.az


Teqlər: CavidQurbanov  





Xəbər lenti