İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı

İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
  26 Noyabr 2020    Oxunub:2285
Azərbaycanda işəgötürənin vəzifələri və məsuliyyəti artırılıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunda qeyd olunub.

Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan işəgötürən müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb ediləcək.

Əvvəl bu məsuliyyətə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlər cəlb olunurdu.

Qeyd edək ki, bu hal aşkar olunduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək.

Azvision.az


Teqlər: Qanun  





Xəbər lenti