Ərdoğanın 5 saatlıq iclasında Qarabağ müzakirəsi

  Ərdoğanın 5 saatlıq iclasında Qarabağ müzakirəsi
  26 Noyabr 2020    Oxunub:2466
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Azvision.az xəbər verir ki, 5 saata yaxın davam edən toplantıda bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub.
İclasda Azərbaycanın torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub. Bu çərçivədə imzalanan atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli olduğu vurğulanıb.



Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti