Milli Məclis Fransa Senatına etiraz edir

  26 Noyabr 2020    Oxunub : 1987
 Milli Məclis Fransa Senatına etiraz edir
Milli Məclisin növbəti plenar iclası keçirilir.
Azvision.az xəbər verir ki, parlamentin iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılacaq.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Fransa haqsızı müdafiə etməkdən əl çəkməli, haqlının yanında olmalıdır: “Azərbaycan xalqı bundan sonra da Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün çirkin əməlləri dəf etməyə qadirdir”.

Spiker qeyd edib ki, aparılan danışıqlarda xüsusən diqqət çəkən Fransanın təcavüzkarı öz adı ilə çağırmamasdır: “Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   İclas