Spiker Azərbaycan xalqını təbrik etdi

Spiker Azərbaycan xalqını təbrik etdi
  26 Noyabr 2020    Oxunub:1701
Bildiyiniz kimi 10 noyabrda Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib, Azərbaycana təhvil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhvil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova  





Xəbər lenti