“Fransa Senatının üzvləri qatillərin nəvələridir” - Vitse-spiker

“Fransa Senatının üzvləri qatillərin nəvələridir” -  Vitse-spiker
  26 Noyabr 2020    Oxunub:2192
Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin reallaşmasıdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

Vitse-spiker qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırım törədən qatillərin nəvələridir: “Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqlı mövqedə olub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Fransa   Etiraz   Vitse-spiker  





Xəbər lenti