Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edildi - YENİLƏNİB

 Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edildi -  YENİLƏNİB
  26 Noyabr 2020    Oxunub:3678
Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatı qəbul edib.
Azvision.az -ın məlumatına görə, sənədin mətnini deputat Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:

1. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.

2. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın və dərindən təhlil edilsin”.

Sənəd səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Fransa   Senat   Etiraz  





Xəbər lenti