XİN Fransaya nota verilməsi barədə məlumat yaydı

 XİN Fransaya nota verilməsi barədə məlumat yaydı
  26 Noyabr 2020    Oxunub:1759
Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Azvision.az


Teqlər: XİN   Fransa   Nota  





Xəbər lenti