Kəlbəcərdə dövlət sərhədinin demarkasiya işlərinə başlanıldı

 Kəlbəcərdə dövlət sərhədinin demarkasiya işlərinə başlanıldı
  27 Noyabr 2020    Oxunub:3588
Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun Zod mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin dəqiq müəyyənləşdirilməsi mülkiyyətlə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir.

Həmçinin bildirilib ki, demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycanın hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.

Azvision.az


Teqlər: Kəlbəcər   Sərhəd  





Xəbər lenti