Çin nəşri Azərbaycanın PUA-larla hücumundan yazdı

Çin nəşri Azərbaycanın PUA-larla hücumundan yazdı
  27 Noyabr 2020    Oxunub:1305
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində "Dronların Azərbaycana necə üstünlük gətirdiyini görün" başlıqlı xəbər və eyni mövzuda videoxəbər yerləşdirilib.
Materiallarda sentyabrın 27-dən başlayan 2-ci Qarabağ müharibəsində Azərbaycanın müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə düşmən hədəflərini ustalıqla məhv etməsindən söz açılıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edən nəşr yazır ki, son vaxtlar hücum PUA-larına maraq çoxalıb.

Materiallarda sentyabrın 27-dən başlayan müharibənin Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəd əsasında dayandırıldığı, razılaşmaya əsasən, Ermənistan tərəfinin Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmalı olduğu qeyd olunub.

Azvision.az


Teqlər: Çin   Qarabağ   Döyüş  





Xəbər lenti