İtkin düşən 19 yaşlı gənc tapıldı

İtkin düşən 19 yaşlı gənc tapıldı
  27 Noyabr 2020    Oxunub:1609
Noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib.

O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti