Bakı polisinə yeni rəis təyin edildi

 Bakı polisinə yeni rəis təyin edildi
  27 Noyabr 2020    Oxunub:3283
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
Azvision.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Əkbər İsmayılov yeni təyinatadək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti