Ağdam yolu minalardan təmizlənir - FOTO
Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq.
Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək.
Azvision.az