Ağdam yolu minalardan təmizlənir - FOTO

Ağdam yolu minalardan təmizlənir -  FOTO
  28 Noyabr 2020    Oxunub:4168
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir.
ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir. Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq.

Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək.







Azvision.az


Teqlər: Ağdam   Mina   Yol  





Xəbər lenti