Gəncəyə yeni polis rəisi təyin edildi

   Gəncəyə yeni polis rəisi təyin edildi
  28 Noyabr 2020    Oxunub:5238
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.

Azvision.az



Teqlər: Gəncə   Rəis   Polis  





Xəbər lenti