Ermənilərin Tərtərə atdığı “Smerç” muzeyə verildi - VİDEO

Ermənilərin Tərtərə atdığı “Smerç” muzeyə verildi -  VİDEO
  28 Noyabr 2020    Oxunub:3083
Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi rayon muzeyinə təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib: “Ermənistan tərəfindən 29 oktyabrda Tərtərə atılan “Smerç” raketi düşdüyü evdən götürülərək yerli muzeyə verilib”.

Xatırladaq ki, bu gün diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri Tərtərə və işğaldan azad olunmuş Ağdama səfər ediblər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti