Diplomatlar Tərtərin Şıxarx qəsəbəsində - VİDEO

Diplomatlar Tərtərin Şıxarx qəsəbəsində -  VİDEO
  28 Noyabr 2020    Oxunub:2997
Tərtər rayonunun Şıxarx qəsəbəsi. 44 gün davam edən müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini fərq qoymadan intensiv şəkildə atəşə tutdu.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev vurğulayıb: “Diplomatik korpuslar Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldu”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti