Diplomatik korpus nümayəndələri Ağdama səfər edib

  Diplomatik korpus nümayəndələri Ağdama səfər edib
  28 Noyabr 2020    Oxunub:3900
Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Azvision.az -ın məlumatına görə, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Xarici diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti