Milli Qəhrəman Ağdamda məzarı başında anıldı - FOTO

 Milli Qəhrəman Ağdamda məzarı başında anıldı -    FOTO
  28 Noyabr 2020    Oxunub:4107
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri Ağdama səfər çərçivəsində Cümə məscidində olublar.
Azvision.az xəbər verir ki, Ağdam məscidini ziyarət edənlər arasında incəsənət xadimləri də yer alıb.

Səfər zamanı Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" komandasının keçmiş baş məşqçisi Allahverdi Bağırovun məzarı ziyarət edilib, əziz xatirəsi anılıb.

Qeyd edək ki, nümayəndələr Ağdamdan əvvəl Tərtərdə səfərdə olublar.





Azvision.az


Teqlər: Ağdam   Səfər   Qarabağ  





Xəbər lenti