Hikmət Hacıyev “Qarabağ”ın Ağdam səfərindən yazdı

Hikmət Hacıyev “Qarabağ”ın Ağdam səfərindən yazdı
  29 Noyabr 2020    Oxunub:2037
“İşğaldan azad edilmiş Ağdamda “Qarabağ” futbol klubunun üzvləri ilə birgə olmaqdan məmnunam”
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, "Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi: "İndi onlar öz doğma şəhərlərinə qayıtdılar".

Qeyd edək ki, noyabrın 28-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Ağdam  





Xəbər lenti