Rusiya Xankəndinə hərbi həkimlər göndərdi

  29 Noyabr 2020    Oxunub : 2026
   Rusiya Xankəndinə hərbi həkimlər göndərdi
Rusiya Xankəndi şəhərinə 60-dan çox hərbi həkim göndərib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xankəndinə göndərilən tibbi heyətə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Bundan əlavə, qeyd olunub ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək edirlər.

Azvision.az

Teqlər: Rusiya   Xankəndi