İƏT-in yeni baş katibi məlum oldu

  29 Noyabr 2020    Oxunub : 1357
İƏT-in yeni baş katibi məlum oldu
Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq.
Azvision.az -ın məlumatına görə, Nigerin paytaxtı Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib. Sessiyada çıxış edən İƏT-in hazırkı Baş katibi Yusif Əl-Osaymin xələfini təbrik edib.

Qeyd edək ki, yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq.

Azvision.az

Teqlər: İƏT