Rusiya Xankəndidə səhra hospitalı qurdu - VİDEO

  30 Noyabr 2020    Oxunub : 1285
 Rusiya Xankəndidə səhra hospitalı qurdu -  VİDEO
Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov deyib.

İvanovun sözlərinə görə, səhra hospitalının yaradılmasında məqsəd ilk növbədə sülhməramlı kontingentin tibbi təminatını həyata keçirməkdir:“Biz mülki əhaliyə də yardım göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”.

O qeyd edib ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub. Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Xankəndi