Ermənistanda ziyalılar Fransa səfirliyinə yürüş etdi

Ermənistanda ziyalılar Fransa səfirliyinə yürüş etdi
  30 Noyabr 2020    Oxunub:2734
Ermənistanda ziyalılar etiraz aksiyası keçirir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar Fransa səfirliyinə doğru yürüş ediblər. Yürüşün məqsədi əsir düşən erməni hərbçilərin qohumlarına dəstək olmaqdır.

“İnsanlar bir aydan çoxdur ki, oğullarından xəbər gözləyirlər, onlar övladlarının sağ olub-olmadığını bilmək istəyirlər", - aksiyada iştirak edən erməni sənətçi Aşot Qazaryan bildirib.

Aksiyanın təşkilatçısı rəssam Hrant Toxatyan isə ABŞ səfirliyinə daha bir yürüş təşkil olunacağını qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti